Dünya futbolu
Fransız klubları “Brentford”un yarımmüdafiəçisi ilə maraqlanırlar

09.10.2025 | 17:00
“Brentford”un 23 yaşlı portuqal yarımmüdafiəçisi Fabiu Karvalyu karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Sports.az xəbər verir ki, futbolçunun xidmətində Lion “Olimpik”i və “Strasbur” maraqlıdırlar.
Vurğulanır ki, cari mövsümdə “bal arıları”nın heyətində az oyun vaxtı alan Karvalyu mümkün keçidə razılaşa bilər.
Karvalyuya həmçinin “Ştutqart”ın qiyabi maraq göstərdiyi haqda məlumat var.
Son xəbərlər





























