Dünya futbolu
“Real Madrid TV” “Vilyarreal”la oyundakı hakimliyi tənqid etdi

09.10.2025 | 23:20
İspaniya nəhəngi “Real”ın klub televiziyası “Real Madrid TV”, “qaymaqlılar”ın İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da “Vilyarreal”a qarşı oyununda üzləşdiyi hakimliklə bağlı tənqidlə çıxış edib.
Sports.az xəbər verir ki, “Real”ın bu oyunda 3:1 hesablı qələbəsi də, hakimlikdən daima narazı olan klub televiziyasını susmağa sövq edə bilməyib.
“Real Madrid TV” bu dəfə də “ədalət carçısı” mövqeyindən çıxış edərək, “Real”ın iki penaltisinin oğurlandığını car çəkib.
Son xəbərlər