Dünya futbolu
Mateta İngiltərənin yüksək səviyyəli klublarından birinə keçmək istəyir

10.10.2025 | 10:40
“Kristal Pelas”ın 28 yaşlı fransalı mərkəz hücumçusu Jan-Filipp Mateta İngiltərənin yüksək səviyyəli klublarından birinə keçmək istədiyini bildirib.
Sports.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Təbii ki, hər bir iddialı oyunçu bunu arzu edir. Xüsusən də milli yığma komandada ikən, ətrafında ancaq Çempionlar Liqasında çıxış edən və ən vacib qənimətləri qazanmış oyunçular olduqda. Dünyanın ən yaxşı oyunçularının əhatəsində oynayanda, əlbəttə, müvafiq səviyyəyə cavab vermək istəyirsən”, deyə Mateta istəyini əsaslandırıb.
Son xəbərlər