Dünya futbolu
“Joan Qarsiya dünyanın ən yaxşı qapıçısı olacaq!” - Şensnı

10.10.2025 | 13:00
“Barselona”nın 35 yaşllı polyak qapıçısı Voytsex Şensnı, “blauqrana”nın heyətindəki həmkarı, 24 yaşlı ispan qapıçı Joan Qarsiya haqda qənaətini açıqlayıb.
Sports.az ispan qapıçının müvafiq açıqlamasını təqdim edir:
“Onu ötən il “Espanyol”da görmüşdüm, məndə nəhəng təəssürat oyatmışdı, güman ki, dünyanın ən yaxşı qapıçısı olacaq! Demirəm ki, hazırda o, məhz müvafiq məqamdadır, amma mən onun inanılmaz imkanını daha görürəm”, deyə Şensnı vurğulayıb.
Son xəbərlər