Dünya futbolu
“Futbolla vidalaşmaq istəyirdim…” - Militao

10.10.2025 | 14:00
“Real”ın 27 yaşlı braziliyalı mərkəz müdafiəçisi Eder Militao ardıcıl surətdə aldığı iki ağır zədədən sonra futbolçu karyerasına xitam vermək haqda düşündüyünü etiraf edib.
Sports.az braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“İkinci zədəmdən sonra başımdan xeyli fikir ötürdü. Karyerama xitam vermək haqda düşünürdüm, çünki qayıdış heç də asan deyil. Amma həyat yoldaşımın, qızımın və komanda yoldaşlarımın dəstəyi ilə mən buradayam və oynamağa hazıram”.
Son xəbərlər