Dünya futbolu
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu müəyyənləşdi

10.10.2025 | 17:15
İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Sports.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ayın ən yaxşısı "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland seçilib.
O, sentyabrda meydana çıxdığı üç oyunda beş qola imza atıb.
2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinən Haland cari mövsümdə meydana çıxıdığı 7 görüşdə 9 qol vurub. "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 13 xalla beşinci pillədə qərarlaşıb.
Son xəbərlər