Dünya futbolu
Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi də bilindi

10.10.2025 | 17:45
Futbol üzrə İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Sports.az xəbər verir ki, bu ada “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner layiq görülüb.
Avstriyalı mütəxəssisin komandası sentyabrda keçirdiyi 3 çempionat matçında 2 qələbə qazanıb, 1 heç-heçə edib.
“Kristal Pelas” hazırda 12 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Qlasner 2024-cü ilin əvvəlindən İngiltərə klubuna rəhbərlik edir.
Son xəbərlər