Dünya futbolu
“Çelsi” “Yuventus”un ulduzuna görə yeni təklif hazırlayır

11.10.2025 | 21:00
“Çelsi” “Yuventus”un 20 yaşlı türk ulduzu, sol cinah hücumçusu Kenan Yıldızın xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, hazırda “zadəganlar” Yıldıza görə “Qoca Sinyora”ya yeni təklif hazırlayırlar.
Vurğulanır ki, “Yuventus” rəhbərliyi Avropa klublarının marağı mənzərəsində Yıldızı Turində uzun müddətə saxlamaq niyyətindədir.
Son xəbərlər