Dünya futbolu
Daha bir futbolçu Fransa millisinin heyətindən kənarlaşdırıldı

11.10.2025 | 19:40
Fransa millisinin heyətində dəyişiklik edilib.
Sports.az xarici KiV-ə istinadən xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.
O, dünən Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.
Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.
Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.
Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.
Son xəbərlər