Dünya futbolu
Qnabri “Bayern”lə müqaviləsinin mümkün yenilənməsi haqda danışdı

11.10.2025 | 20:40
“Bayern”in 30 yaşlı almaniyalı sol cinah hücumçusu Serj Qnabri Münhen klub ilə 2026-cı ilin iyun ayının sonunda başa çatacaq müqaviləsinin mümkün yenilənməsi haqda fikrini bildirib.
Sports.az alman futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Hər şey klubdan asılıdır – onlar mənə doğru addım atacaqlarmı… Bu, baş verəcəkmi ya yox, görəcəyik. Mən isə sadəcə yaxşı oynamaq üzərinə köklənmişəm. Sonra nə olacaqsa, olacaq…”, deyə Qnabri vurğulayıb.
Son xəbərlər