Dünya futbolu
“Bayern” “Nottingem Forest”in müdafiəçisi ilə maraqlanır

13.10.2025 | 16:00
“Bayern” “Nottingem Forest”in braziliyalı mərkəz müdafiəçisi Murillo ilə maraqlanır.
Sports.az xəbər verir ki, Münhen klubu, müdafiəçiləri – fransalı futbolçu Dayoçankul Upamekano və cənubikoreyalı futbolçu Kim Min Cenin növbəti ilin yayında gediş ehtimallarını istisna etmir.
Odur ki, “Bayern” rəhbərliyi Murillonu diqqət mərkəzində saxlayıb. Almaniya nəgənginin braziliyalı müdafiəçi uğurunda mübarizədə “Barselona” və “Çelsi” ilə çəkişə biləcəyi vurğulanır.
Son xəbərlər





























