Dünya futbolu
“Mbappe ən yaxşılardandır” - Saliba

13.10.2025 | 22:45
“Arsenal”ın fransalı müdafiəçisi Vilyam Saliba “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin Fransa yığmasındakı siması haqda söhbət açıb.
Sports.az fransalı müdafiəçinin müvafiq açıqlamasını təqdim edir:
“Kilian Mbappe Fransa yığması üçün yaxşı kapitan, əsl lider və dünyada ən yaxşı oyunçulardan biridir. O, şübhəsiz, liderlik ruhuna malikdir, o danışanda isə hamı dinləyir”, deyə Saliba vurğulayıb.
Son xəbərlər





























