Dünya futbolu
“Barselona” Kristenseni heyətində saxlayacaq?

14.10.2025 | 23:00
“Barselona” rəhbərliyinin “blauqrana”nın 29 yaşlı danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensenlə bağlı mövqeyi məlum olub.
Sports.az xəbər verir ki, Kataloniya klubunda, Kristensenlə bağlı bir neçə ay gözləyib müşahidə aparmaq qərara alınıb.
Müşahadilərin nəticəsini qiymətləndirdikdən sonra, futbolçu ilə 2026-cı ilin iyun ayının sonunda başa çatacaq müqavilənin yenilənməsinin vacibliyinə dair müvafiq qərar qəbul ediləcək.
Son xəbərlər





























