Dünya futbolu
İtaliya klubundan qapıçısı ilə yeni müqavilə

16.10.2025 | 21:00
“Bolonya" qapıçısı Lukaş Skorupski ilə müqavilənin müddətini uzadıb.
Sports.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi məlumat yayıb.
34 yaşlı polşalı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.
2018-ci ildən "Bolonya"da çıxış edən Lukaş Skorupski ötən mövsüm komanda ilə İtaliya Kubokunun qalibi olub.
Son xəbərlər