Dünya futbolu
“Arsenal”ın futbolçusu məşqlərə başladı

16.10.2025 | 21:20
İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Pyero İnkapye məşqlərə başlayıb.
Sports.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçunun qasıq nahiyəsindən aldığı zədəsi tam sağalıb.
O, UEFA Çempionlar Liqasında "Atletik"ə qarşı matçda (2:0) debüt edib. Oyunun sonlarında meydana çıxan müdafiəçi yüngül zədələnib.
İnkapye bu ilin sentybrında "Bayer"dən (Almaniya) Premyer Liqa təmsilçisinə transfer olunub. O, 2025/2026 mövsümündə üç oyuna çıxıb.
Son xəbərlər