Dünya futbolu
Kazemiro Yaponiya yığmasına məğlubiyyəti şərh etdi

16.10.2025 | 22:45
Braziliya millisini dayaq yarımmüdafiəçisi Kazemiro Tokioda beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Yaponiya yığmasına 2:3 hesablı məğlubiyyətin şərh edib.
Sports.az braziliyalı “dayaqçı”ının müvafiq açıqlamasını təqdim edir:
“Güman ki, biz bütün səylərimizi 45 dəqiqə ərzində puç etdik. Odur ki, qoy bu, bir dərs olsun: dünya çempionatı artıq qapıdadır. Bizə, yüksək səviyyədə oynamaq gərəkdir, fərq etməz, Yaponiya yığmasına və ya hər hansı yığmaya qarşı, axı cəmi 45 dəqiqə sizi uşaqlıq arzusundan məhrum edə bilər”, deyə Kazemiro vurğulayıb.
Xatırladaq ki, Braziliya millisi 2:0 hesablı üstünlüyünü ikinci hissədə əldən verərək, 2:3 hesablı məğlubiyyətə üzülüb.
Son xəbərlər