Dünya futbolu
“Milan”ın futbolçusu sıradan çıxıb

17.10.2025 | 15:15
“Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo Fransa millisinin düşərgəsində zədələnib.
Sports.az xəbər verir ki, 30 yaşlı futbolçuda sol ayağının baldır əzələsində zədə aşkarlanıb.
Tibbi müayinənin nəticələrinə əsasən, fransalı yarımmüdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Sağalma prosesi uzanarsa, Rabyo təxminən bir ay oynamayacaq. O, 10 gün sonra təkrar testlərdən keçəcək.
Massimiliano Alleqrinin komandası oktyabrın 19-da A Seriyasının yeddinci turunda evdə “Fiorentina” ilə qarşılaşacaq. “Qırmızı-qaralar” hazırda İtaliya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və “Napoli” ilə “Roma”dan iki xal geri qalır.
Son xəbərlər