Dünya futbolu
“Çelsi”nin müdafiəçisi də “Qarabağ”la oyunu buraxacaq

17.10.2025 | 20:45
“Çelsi”nin müdafiəçisi Benua Badyaşil ən azı dekabra qədər komandaya kömək edə bilməyəcək.
Sports.az xəbər verir ki bu, bu barədə londonluların baş məşqçisi Enzo Mareska məlumat verib:
24 yaşlı fransalı müdafiəçi mövsümün əvvəlində əzələ zədəsi səbəbindən meydana çıxa bilməmişdi. O, qayıtdıqdan sonra üç oyunda iştirak edib və ümumilikdə 147 dəqiqə oynayıb.
“Çelsi” sabah İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.
Mareska daha əvvəl yarımmüdafiəçi Koul Palmer haqqında da uzun müddət oynamayacağı xəbərini vermişdi. Onun komandası noyabrın 5-də, UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq.
Son xəbərlər