Dünya futbolu
Pulişiçin futbolsuz qala biləcəyi təxmin açıqlandı

17.10.2025 | 22:45
Məlum olduğu kimi, “Milan”ın amerikan hücumçusu Kristian Pulişiç ABŞ yığmasının düşərgəsində zədələnib.
Sports.az xəbər verir ki, uçuşun təxirə salınması səbəbilə amerikan futbolçu hələ İtaliyaya yetişməyib.
Pulişiçi “Milan”ın düşərgəsində əsaslı tibbi müayinə gözləyir. ABŞ yığmasının düşərgəsində aparılmış ilkin tibbi müayinənin rəyi təsdiqlənərsə, Pulişiç ən azı bir ay futbolsuz qalmalı olacaq.
Son xəbərlər