Dünya futbolu
Antoni “Vilyarreal”la heç-heçəni şərh etdi

19.10.2025 | 10:00
“Betis”in braziliyalı hücumçusu Antoni İspaniya La Liqasının “Vilyarreal”la 9-cu tur səfər oyununda 2:2 hesablı heç-heçəni şərh edib.
Sports.az braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Çox xoşbəxtəm. Əlbəttə, bu oyunun vacibliyini bilərək, 3 xal qazanmaq istəyirdik, amma rəqib komanda da çox keyfiyyətlidir, 1 xal da növbəti oyunlar üçün həmçinin vacibdir”, deyə Antoni vurğulayıb.
Əlavə edək ki, Antoni bu oyunda iki qolla fərqlənib. Braziliyalı hücumçu komandasının 0:2 hesabından geri-dönüşünü 66-cı və 90-cı dəqiqələrdə vurduğu qollarla təmin edib.
Son xəbərlər





























