Dünya futbolu
Kazemironun “Mançester Yunayted”dəki aqibəti necə olacaq?

19.10.2025 | 17:00
“Mançester Yunayted”in braziliyalı dayaq yarımüdafiəçisi Kazemironun “qırmızı şeytanlar”ın düşərgəsindəki gələcəyi qeyri-müyyən olaraq qalır.
Sports.az xəbər verir ki, braziliyalı “dayaqçı”nın müqavilə müddətinin növbəti ilin iyun ayının sonunda başa çatacağına rəğmən, İngiltərə nəhənginin rəhbərliyi müvafiq məsələ ilə bağlı hər hansı fəaliyyətə hələ də keçməyib.
Bildirilir ki, Kazemiro Səudiyyə Ərəbistanı klublarından təkliflər almasa da, müəyyən təkliflər tezliklə ünvanlanacaq. Kazemironun özünün isə “Mançester Yunayted”də qalmaq istədiyi vurğulanır.
Son xəbərlər





























