Dünya futbolu
PSJ Safonovu cərimələməyəcək

20.10.2025 | 09:00
PSJ rəhbərlyi parislilərin rusiyalı qapıçısı Mattvey Safonovu, qapıçının müsahibəsində səsləndirdiyi fikrinə görə cərimələməyəcək.
Sports.az xatırladır ki, həmin müsahibəsində Safonov, parislilərin heyətində meydanda az oyun vaxtı alması ilə bağlı aşkar narazılını bildirmişdi.
Vurğulanır ki, PSJ rəhbərliyi rusiyalı qapıçının müvafiq mövzunu kütləvi informasiya vasitələrində qabartmasından narzası olsa da, qapıçıya qarşı hər hansı intizam tədbiri görmək niyyətində deyil. Paris klubunun, vətəndaşların söz azadlığına ehtiram bəslədiyi vurğulanır.
Son xəbərlər





























