Dünya futbolu
Lukakunun yaşıl meydanlara qayıdış tarixi açıqlandı

20.10.2025 | 10:20
“Napoli”nin 32 yaşlı belçikalı mərkəz hücumçusu Romelu Lukakunun yaşıl meydanlara qayıdışı cari ilin dekabr ayının 18-də baş tuta bilər.
Sports.az xəbər verir ki, məhz bu tarixdə “Napoli” İtaliya Super Kuboku çərçivəsində “Milan”a qarşı oyuna çıxacaq.
Xatırladaq ki, Lukaku mövsüm öncəsi, avqust ayında Pirey “Olimpiakos”una qarşı yoldaşlıq oyununda sol ombasından ciddi əzələ zədəsi alıb. Cari mövsümdə debüt etməmiş belçikalı hücumçu hazırda müalicə-bərpa mərhələsi keçir.
Son xəbərlər





























