Dünya futbolu
İsgəndərli üçün 90 dəqiqə və 3 xal

20.10.2025 | 17:30
Albaniya çempionatında 7-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası "Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Flamurtari” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
İsgəndərli start heyətdə yer alıb və 90 dəqiqə oynayıb. O, 81-ci dəqiqədə sarı vərəqə də alıb.
“Partizani” hazırda 7 xalla 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər