Dünya futbolu
“Vinisius mənə yaxınlaşıb məni təxribata sürükləməməlidir”

21.10.2025 | 16:00
“Xetafe”nin baş məşqçisi Xose Bordalas, İspaniya La Liqasının 9-cu turunda “Real”a qarşı oyunda (1:0), “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun onu təxribata çəkdiyini bildirib.
Sports.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Vinisius mənə müraciət edərək, əla əvəzetmə etdiyimi dedi. Ondan meydana qayıtmasını xahiş etdim. Vinisius mənə yaxınlaşıb məni təxribata sürükləməməlidir”, deyə Bordalas vurğulayıb.
Son xəbərlər