Dünya futbolu
Ronaldonun oğlu ilk dəfə Portuqaliyanın U-16 yığmasında

21.10.2025 | 17:15
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun cinah hücumçusu Kristiano Ronaldunun oğlu dos Santos Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Sports.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası rəsmi saytında məlumat yayıb.
Bu, gənc futbolçunun bu yaş qrupu üzrə milli komandaya ilk çağırışıdır.
"Qızıl top"un beşqat sahibinin oğlu Federasiya Kubokunda oynayacaq. Antalyada keçirilən turnirdə Portuqaliya eyni yaş qrupundan olan Türkiyə, İngiltərə və Uels komandaları ilə qarşılaşacaq.
Ronaldonun oğlu ilk beynəlxalq matçını 13 may 2025-ci ildə Xorvatiya yığmasına qarşı keçirib.
Son xəbərlər