Dünya futbolu
“Bayern”dən baş məşqçisi ilə yeni müqavilə

21.10.2025 | 17:30
“Bayern” baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.
Sports.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Kompani 2024-cü ilin mayından "Bayern"də işləyir. O, ötən mövsüm bu komandanı Almaniya çempionu edib.
Son xəbərlər