Dünya futbolu
“Sportinq” məzununu “Barselona”ya buraxmaq istəmir

22.10.2025 | 17:30
Lissabon “Sportinq”inin rəhbərliyi “şirlər”in məzunu, 24 yaşlı portuqal sol cinah müdafiəçisi Qonsalu İnasiunu “Barselona”ya buraxmaq fikrində deyil.
Sports.az xəbər verir ki, İnasiunu “Barselona”nın marağından daşındırmaq üçün, Lissabon klubu futbolçusuna müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə təklif etməyə hazırdır.
Bildirilir ki, müqaviləyə, İnasiu müqabilində 80 milyon avro məbləğində ödəniş nəzərdə tutan sərbəstqalma haqda müvafiq maddənin daxil edilməsi də gündəlikdədir.
Son xəbərlər