Dünya futbolu
Messidən MLS-də yeni rekord

22.10.2025 | 14:45
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də yeni rekorda imza atıb.
Sports.az xəbər verir ki, futbolçu MLS karyerası ərzində 5-ci dəfə ayın ən yaxşı futbolçusu seçilib.
Bu da çempionatda yeni rekord kimi qeydə alınıb. Messi iki il ərzində 5 mükafat qazanıb ki, bunun üçünü cari mövsümdə əldə edib.
Hücumçu həmçinin Karlos Vela (2019) və Kris Vondolovskidən (2012) sonra MLS tarixində bir mövsümdə üç dəfə "Ayın oyunçusu" mükafatını qazanan üçüncü oyunçu olub.
Argentinalı futbolçu oktyabrda meydana çıxdığı 3 oyunda 5 qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.
Son xəbərlər