Dünya futbolu
Çexiya millisində müvəqqəti baş məşqçi

22.10.2025 | 19:20
Çexiya Futbol Assosiasiyası milliyə müvəqqəti baş məşqçi təyin edib.
Sports.az xəbər verir ki, yığma Yaroslav Kestlə tapşırılıb.
Mütəxəssis Çexiya millisini noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 4 gün sonra Cəbəllütariqlə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa hazırlayacaq.
Komanda hazırda 13 xalla L qrupunda ikinci yerdədir.
Yaroslav Kestl daha əvvəl Çexiya millisinin baş məşqçisi vəzifəsində çalışmış İvan Haşekin köməkçilərindən biri olub.
Son xəbərlər