Dünya futbolu
“Real” “Liverpul” yarımmüdafiəçisini tezliklə satın almağa çalışır

23.10.2025 | 12:00
Məlum olduğu kimi, “Real” “Liverpul”un 26 yaşlı argentinalı mərkəz yarımmüdafiəçisi Aleksis Makallisterin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, “Kral klubu” növbəti ilin qış transfer pəncərəsində, yanvar ayında Makallisteri satın almaq cəhdlərinə baş vura bilər.
Vurğulanır ki, mümkün keçidin növbəti ilin yayında gerçəkləşə biləcəyi ehtimalı daha yüksəkdir. Belə ki, futbolçu müqabilində hansı məbləği tələb edəcəyini bilən “Liverpul” rəhbərliyi, mövsümün ortasında “qırmızılar”ın idman maraqlarına zərbə vurmaq fikrində deyil.
Son xəbərlər





























