Dünya futbolu
MS “Barselona”nın müdafiəçisini hədəfə aldı

23.10.2025 | 10:00
“Mançester Siti” rəhbərliyi “Barselona”nın 22 yaşlı ispaniyalı sol cinah müdafiəçisi Alexandro Baldeni “şəhərlilər”in heyətinə qatmaq istəyir.
Sports.az xəbər verir ki, Balde “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiolanın şəxsi maraq dairəsindədir.
Vurğulanır ki, “Pep” “Barselona”nın idman direktoru Deku ilə mümkün keçidlə bağlı şəxsən söhbət aparıb. Daha əvvəl isə “şəhərlilər” “Barselona”nın maliyyə çətinlikləri mənzərəsində Baldeni sərfəli ödəniş müqabilində satın almağa çalışıblar, ancaq Kataloniya klubu İngiltərə təmsilçisini imtina ilə yola salıb.
Son xəbərlər





























