Dünya futbolu
Pauleta müasir futbolun iki ən yaxşı yarımmüdafiəçisi ilə bağlı qənaətini açıqladı

23.10.2025 | 23:15
Portuqaluya yığmasının keçmiş hücumçusu Pedru Pauleta müasir futbolun iki ən yaxşı yarımmüdafiəçisi ilə bağlı qənaətini açqlayıb.
Sports.az “Azor siklonu” ləqəbilə məşhur keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Müvafiq səviyyədəki futbolçuların oyununu izləmək böyük zövqdür. Vitinyanı (Vitinya, PSJ) dünyanın ən yaxşı yarımmüdafiəçisi hesab etəmk olarmı? O, hazırda ən yüksək səviyyə nümayiş etdirir, elə, “Barselona”dakı Pedri kimi. Bu ikisi mənə Andres İnyestanı xatırladırlar”.
Son xəbərlər





























