Dünya futbolu
“Barselona” Levandovskiyə əvəz satın ala bilməyəcək

24.10.2025 | 13:00
“Barselona” rəhbərliyinin, “blauqrana”nın 37 yaşlı polyak ulduzu, mərkəz hücumçusu Robert Levandovskiyə uzunmüddətli mənzərədə əvəz satın almaq fikri, çox güman ki, boşa çıxacaq.
Sports.az xəbər verir ki, Kataloniya klubunun yaxın gələcəyə olan maliyyə vəziyyəti məhz belə bir qənaət hasil etməyə əsas verir.
Vurğulanır ki, “Barselona”nın digər transferlərə görə müxtəlif klublara olan borcu 159 milyon avro məbləğə yaxındır və müvafiq məbləğ cari mövsümün sonuna qədər ödənilməlidir. Odur ki, Kataloniya klubu ulduz hücumu satın almaq xəyalından müvəqqəti daşınmalı olacaq.
Son xəbərlər





























