Dünya futbolu
MY növbəti ilin yayında klub büdcəsini artırmağı düşünür

24.10.2025 | 21:30
“Mançester Yunayted” növbəti ilin yayında “qırmızı şeytanlar”ın iki futbolçusunun satışı müqabilində klub büdcəsini artırmağı nəzərdə tutub.
Sports.az xəbər verir ki, ilk satış, hazırda cari mövsümün sonuna qədər “Barselona”ya icarəyə verilmiş ingiltərəli cinah hücumçusu Markus Raşfordun adı ilə bağlıdır.
Digər gəlir mənbəyi isə Marsel “Olimpik”inə satılmış ingiltərəli cinah hücumçusu Meyson Qrinvudun fransız klubu tərəfindən gələcək satışından “qırmızı şeytanlar”ın alacağı haqqa dayanır.
Son xəbərlər





























