Dünya futbolu
Son Hın Min İtaliya A Seriyasına keçə bilər

24.10.2025 | 09:40
“Tottenhem”in əfsanəsi, hazırda “Los-Anceles”də çıxış edən 33 yaşlı cənubikoreyalı sol cinah hücumçusu Son Hın Min növbəti ilin yanvar ayında Avropa futboluna qayıda bilər.
Sports.az xəbər verir ki, MLS klubu ilə 2027-ci ilin dekabr ayının sonuna qədər müddətə nəzərdə tutulmuş müqaviləsindəki xüsusi maddə, cənubikoreyalı futbolçuya qısamüddətli icarə əsasında Avropada çıxış etmək imkanı verir.
Sonun xidmətində “Milan”ın maraqlı olduğu bildirilr. Avropaya qayıdışın Son üçün 2026-cı ilin dünya çempionatına daha yüksək səviyyədə hazırlaşmaq məqsədi daşıdığı vurğulanır.
Son xəbərlər





























