Dünya futbolu
Paytaxt klubu 14 ildən sonra antirekordunu təkrarladı

24.10.2025 | 16:15
İtaliyanın "Roma" klubu 14 ildən sonra antirekordunu təkrarlayıb.
Sports.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin keçirdiyi ardıcıl üç ev oyununda məğlub olması ilə reallaşıb.
"Canavarlar" son olaraq UEFA Avropa Liqasında Çexiya təmsilçisi "Viktoriya"ya (1:2) uduzub. "Roma" bundan əvvəl eyni turnirdə "Lill"ə (0:1) və A Seriyasında "İnter"ə (0:1) yenilib.
İtaliya klubu 2011-ci ildə ardıcıl üç ev matçında məğlub olmuşdu.
Son xəbərlər





























