Dünya futbolu
Benites Yunanıstan komandasının baş məşqçisi təyin edildi

24.10.2025 | 16:30
Yunanıstanın "Panatinaikos" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Sports.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
İspaniyalı məşhur mütəxəssis Rafael Benites bu posta təyin edilib.
O, son olaraq ölkəsində "Selta"da işləyib. 65 yaşlı mütəxəssis 2024-cü ilin martından işsiz idi.
Son xəbərlər





























