Dünya futbolu
Cəbəllütariq klubundan tarixi qələbə

24.10.2025 | 18:15
Cəbəllütariqin “Linkoln” klubu avrokuboklarda əsas mərhələdə ilk qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, komanda Konfrans Liqasının 2-ci turunda öz meydanında Polşanın “Lex” klubunu 2:1 hesabı ilə məğlub edib..
Xatırladaq ki, “Linkoln” həm də Cəbəllütariqin avrokubokların əsas mərhələsinə vəsiqə qazanan ilk komandasıdır.
Əlavə edək ki, Cəbəllütariq klubları 2014/15 mövsümündən bəri UEFA yarışlarında iştirak edirlər.
Son xəbərlər





























