Dünya futbolu
Yamal “Barselona”nın “El-Klasiko”da böyükhesablı qələbəsini istisna etmir

24.10.2025 | 23:10
“Barselona”nın 18 yaşlı ispaniyalı ulduz hücumçusu Lamin Yamal, İspaniya La Liqası çərçivəsində “Real”a qarşı mövsümün ilk “El-Klasiko” oyununda, Madriddə “qaymaqlılar” üzərində böyükhesablı qələbəni istisna etmir.
Sports.az Yamalın müvafiq açıqlamasını təqdim edir:
“Sonuncu dəfə biz orada 4:0 hesabı ilə qalib gəlmişik. Demirəm ki, belə də olacaq, amma belə şey mümkündür”, deyə Yamal vurğulayıb.
Xatırladaq ki, “Real” – “Barselona” oyunu oktyabrın 26-da keçiriləcək.
Son xəbərlər





























