Dünya futbolu
“Yuventus” rəhbərliyinin Tudora qarşı əsas iddialarından biri məlum oldu

24.10.2025 | 23:50
Məlum olduğu kimi, “Yuventus” rəhbərliyi “byankoneri”nin xorvat baş məşqçisi İqor Tudordan narazıdır və yeni baş məşqçi axtarışına baş vurub.
Sports.az xəbər verir ki, Turin klubunun Tudora qarşı əsas iddialardan biri məlum olub.
Belə ki, “Qoca Sinoyra” Tudorun “byankoneri”nin yeni oyunçuları əsasında komanda və oyun təsis etməsini gözlədiyi bir halda, xorvat mütəxəssisdən bərəkət yoxdur. Tudorun, yeni oyunçuları “Yuventus”un oyun quruluşuna kifayət qədər fəal və müntəzəm surətdə daxil etməməsi qınanılır.
Son xəbərlər





























