Dünya futbolu
Laporta “El-Klasiko”da “Barselona”nın qələbəsinə inanır

25.10.2025 | 09:20
“Barselona”nın prezidenti Joan Laporta İspaniya La Liqası çərçivəsində mövsümün ilk “El-Klasiko” oyununda Madriddə “Real” üzərində qələbəyə inanır.
Sports.az Laportanın müvafiq fikrini təqdim edir:
“Əminəm ki, oyunçularımız bizə sevinc bəxş edəcəklər və biz, daha əvvəl olduğu kimi, “Bernabeu”da qələbə qazanacağıq”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, “Real” – “Barselona” oyunu oktyabrın 26-da keçiriləcək.
Son xəbərlər





























