Dünya futbolu
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır

26.10.2025 | 16:30
“Leypsiq”in 29 yaşlı alman sol cinah hücumçusu Timo Verner növbəti ilin qış transfer pəncərəsində “buğalar”dan ayrıla bilər.
Sports.az xəbər verir ki, “Leypsiq” futbolçusunu çox aşağı məbləğ müqabilində satmağa hazırdır.
Müvafiq məbləğ açıqlanmasa da, “Transfermark” Vernerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir. Bu isə Vernerin, karyerasının zirvəsində ikən qiymətləndirildiyindən 16 dəfə ucuzdur.
Son xəbərlər





























