Dünya futbolu
Abdullazadənin komandası evdə uduzdu

26.10.2025 | 13:00
Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” evdə “Slaven Belupo” ilə qarşılaşıb.
Rüfət də bu matçın iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi 1:3 hesabıyla uduzduqları bu matçın 16-cı dəqiqəsində meydana buraxılıb, 75-ci dəqiqədə isə əvəzlənib.
11 turdan sonra 15 xalı olan “Varajdin” 5-ci pillədə qərarlaşıb.
Son xəbərlər





























