Dünya futbolu
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi

27.10.2025 | 17:00
“Bornmut” rəhəbərliyi “albalılar”ın qanalı cinah hücumçusu Antuan Semenyonun nəhənglərin hədəfində olduğu gerçəyini qəbul edir və bu səbəbdən futbolçusuna transfer qiyməti müəyyənləşdirib.
Sports.az xəbər verir ki, “Bornmut” Semenyo müqabilində 75 milyon funt-sterlinq məbləğində ödəniş tələb edir.
Xatırladaq ki, qanalı hücumçuya əsas iddiaçı “Liverpul”dur. Semenyo ilə həmçinin “Çelsi” və “Bayern”in də maraqlandığı bildirilir.
Son xəbərlər





























