Dünya futbolu
Karreras Yamalı ələ saldı

27.10.2025 | 21:40
“Real”ın ispan müdafiəçisi Alvaro Karreras “El-Klasiko”da “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamalın qarşısını necə ala bildiyi ilə bağlı sualı cavablayıb.
Sports.az ispan futbolçunun müvafiq cavabını təqdim edir:
“Xüsusilə çalışmağıma gərək olmadı, bizim məşqçimiz Xabi Alonsonun məşqlərdəki driblinqi ondan daha yaxşıdır”.
Xatırladaq ki, Madriddə keçirilmiş “El-Klasiko” “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər





























