Dünya futbolu
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı

27.10.2025 | 22:00
Nüfuzlu italyan mütəxəssis Fabio Kapello İtaliya A Seriyası çərçivəsində “Napoli” – “İnter” oyunu (3:1) ilə bağlı qənaətini açıqlayıb.
Sports.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Doğrudan da, olmayan penalti ilə oyunun tarazlığı dəyişdi. Məhz gerçəkləşdirilmiş penalti sayəsində Kevin De Bröyne komandasını dalandan çıxardı. Bunun “neradzurri” üçün bəraət olmadığı və ola bilməyəcəyi də doğrudur. “İnter”in oyununda tarazlığın olmaması isə məni hər şeydən çox təəccübləndirdi”.
Son xəbərlər





























