Dünya futbolu
Yamal və Karvaxal küsüşüblər?

27.10.2025 | 22:20
İspaniya La Liqası çərçivəsində Madriddə keçirilmiş “El-Klasiko”dan sonra “Barselona”nın ispaniyalı udluz hücumçusu Lamin Yamal və “Real”ın kapitanı, ispan müdafiəçi Daniel Karvaxalın arasından “qara pişik keçib”.
Sports.az xəbər verir ki, Yamal və Karvaxal sosial şəbəkələrdə bir-birini izləməyi dayandırıblar.
Xatırladaq ki, “Real”ın “El-Klasiko”da 2:1 hesablı qələbəsindən sonra, Karvaxal Yamala oyun ərəfəsində “Real”ın ünvanına işlətdiyi yekəxana ifadələr müqabilində, diliuzunluq etməməyi əl hərəkəti ilə meydandaca göstərmişdi. Təxmin edilir ki, oyunçuların arası buna görə dəyə bilər.
Son xəbərlər





























