Dünya futbolu
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi

28.10.2025 | 09:20
“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger İspaniya La Liqası çərçivəsində Madriddə keçirilmiş “El-Klasiko”da “Barselona”nın “Real”a 1:2 hesablı məğlubiyyətini şərh edib.
Sports.az fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Görünürdü ki, “Barselona”nın müdafiəsində, ən təcrübəli oyunçulardan biri olan İnyiqo Martines əskikdir… Gözə çarpırdı ki, müdafiənin Kilian Mbappe kimi bir oyunçuya qarşı yetkinliyi və təcrübəsi çatmır. “Barselona”nın Rafinya və Robert Levandovskisiz, “El-Klasiko”nun həlledici məqamlarında qətiyyət əskik idi”.
Son xəbərlər





























