Dünya futbolu
Rafinya Yamalın səhvini açıqladı

28.10.2025 | 09:40
“Barselona”nın braziliyalı ulduzu Rafinya, “blauqrana”da komanda yoldaşı, ispaniyalı hücumçu Lamin Yamalın “El-Klasiko” ərəfəsdə səhvə yol verdiyini və gənc futbolçunun “Real”ın ünvanına işlətdiyi aşağılayıcı ifadələrin, rəqibə qələbə uğrunda mübarizədə əlavə şövq şövq bəxş etdiyini bildirib.
Sports.az Rafinyanın müvafiq açıqlamasını təqdim edir:
“O, səhvə yol verdi və dediyini dedi. Lamin gənc oğlandır, hələ yetkinləşməyib. Onun sözləri Madird “Real”ına əlavə şövq bəxş etdi”.
Xatırladaq ki, Madriddə keçirilmiş “El-Klasiko” “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər





























